RU

Ərdoğan: “Novruz bölgəmizdə müharibələrin sona çatmasına vəsilə olsun”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Qaziantepdə Kamil Ocak İdman Zalında keçirilən 21 Mart Novruz Anım Günü proqramına video müraciət ünvanlayıb.

Bizimyol.info "AA"ya istinadən verdiyi məlumata görə, Prezident müraciətində qeyd edib ki, ötən il ilk dəfə İstanbulda onun himayəsi ilə təşkil olunan Novruz tədbiri bu il Qaziantepdə baş tutub. O, “könül və mədəniyyət coğrafiyası”nın hər yerində yaşayanların Novruz bayramını təbrik edib.

Ərdoğan bildirib ki, baharın müjdəçisi və təbiətin yenidən dirçəlişinin rəmzi olan Novruzun Türkiyəyə, qədim coğrafiyaya və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayır. O, Novruzun Türkiyə ilə yanaşı, qonşu ölkələrlə də yeni başlanğıcların simvoluna çevrilməsindən məmnunluq duyduğunu ifadə edib.

“81 vilayətimizlə yanaşı, Türk dünyasının dörd bir tərəfində eyni duyğularla Novruz tonqalının ətrafında toplaşırıq. Bu həmrəyliyi daha da gücləndirmək üçün Novruzu hamımız üçün ortaq günə çevirdik. 2026-cı ildə bu istiqamətdəki dinamikanı artıracaq Ailə Məclisimizin 13-cü Zirvə toplantısına inşallah Türkiyə ev sahibliyi edəcək. Bu münasibətlə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandakı bütün dost və qardaşlarımızın Novruz bayramını ürəkdən təbrik edirəm. Həmçinin Suriya, İraq və hazırda müharibənin yaratdığı çətinliklərlə üzləşən İranlı qardaşlarımızın da Novruzunu qeyd edir, bu əlamətdar günün bölgəmizdəki müharibələrin sona çatmasına vəsilə olmasını diləyirəm. Novruzun gətirdiyi bahar ab-havasının qəlblərimizə ümid, cəmiyyətlərimizə huzur və dünyamıza sülh bəxş etməsini arzulayıram”, - deyə Prezident əlavə edib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
icma.az

1Источники