RU

Britaniyada iranlı hərbi bazaya daxil olmaq cəhdində ittiham edilib

Britaniyada iranlı hərbi bazaya daxil olmaq cəhdində ittiham edilib

Şotlandiya polisi İran və Rumıniya vətəndaşlarına "Klayd" hərbi dəniz bazasına qanunsuz daxil olmaq cəhdi ilə bağlı ittiham irəli sürüb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının yaydığı bəyanatda bildirilir.

"19 mart 2026-cı il tarixində saat 17:00 radələrində iki nəfərin 'Klayd' hərbi dəniz bazasına daxil olmağa çalışması barədə məlumat daxil olub. 34 yaşlı İran və 31 yaşlı Rumıniya vətəndaşı saxlanılıb və onlara hadisə ilə bağlı ittiham irəli sürülüb. Onlar martın 23-ü, bazar ertəsi günü Dambarton şəhərinin şerif məhkəməsi qarşısına çıxarılacaqlar. Hazırda araşdırma davam edir", — deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, Britaniya Hərbi Dəniz Qüvvələrinin Fasleyndəki "Klayd" bazasında ölkənin nüvə çəkindirmə qüvvələri yerləşir. Böyük Britaniyanın silahlanmasında "Vanguard" tipli dörd atom sualtı qayığı var: "HMS Vanguard", "HMS Vengeance", "HMS Victorious" və "HMS Vigilant". 1990-cı illərdə inşa edilmiş bu sualtı qayıqlar "Trident II (D5)" ballistik raketləri daşıyır.

Избранный
69
afn.az

1Источники