RU

Paşinyan II Qaregini dəfnə buraxmadı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bütün Ermənilərin katalikosu II Qareginin Gürcüstan Patriarxı II İlyanın dəfnində iştirak etməsinə icazə verilməyib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə II Qareginin vəkili Ara Zöhrabyan açıqlama verib. 

“Gürcüstan Pravoslav Kilsəsi bütün ermənilərin katolikosu II Qaregini bu ilin martın 22-də keçiriləcək katolikos-patriarx II İlyanın dəfn mərasimində iştirak etməyə dəvət edib.

Qonşu ölkə üçün belə ağır məqamlarda bütün ermənilərin katolikosunun qarşıdan gələn kilsə müqəddəs ayinlərində iştirak etməsi məqsədəuyğun idi.

Yuxarıda göstərilənlərlə əlaqədar bütün ermənilərin katolikosuna Ermənistan Respublikasından Gürcüstana qısamüddətli çıxış üçün icazə verilməsi zərurəti yaranıb.

Bununla bağlı müstəntiqə müvafiq vəsatət təqdim etdim. Bu gün vəsatətimin rədd edilməsi ilə bağlı müstəntiqin qərarını almışam”, - deyə vəkil bildirib.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
3
cebheinfo.az

6Источники