RU

Pentaqonun "gizli planı" ifşalandı – 8000 desantçı Hörmüz sahillərinə enir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı davam edən hərbi əməliyyatların miqyasını genişləndirmək məqsədilə ordunun ən elit bölmələrindən biri olan 82-ci hava-desant diviziyasının və minlərlə dəniz piyadasının regiona yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, CBS telekanalının Pentaqondakı mənbələrə istinadən yaydığı məlumata görə, hərbi komandanlıq artıq prezident Donald Trampa quru qoşunlarının tətbiqi ilə bağlı müfəssəl planlar təqdim edib.

Hazırlıqlar çərçivəsində Şimali Karolinadakı Fort-Breqq bazasında yerləşən 82-ci hava-desant diviziyasının bir neçə minlik xüsusi təyinatlı qüvvəsi (Immediate Response Force) hər an Yaxın Şərqə uçmaq üçün "yüksək hazırlıq" vəziyyətinə gətirilib. Regiona göndərilməsi planlaşdırılan ümumi qüvvələrin sayının 8 min nəfər civarında olduğu, buraya artıq Kaliforniyadan yola düşmüş 2200-dən çox dəniz piyadası və Yaponiyadan gələn "USS Tripoli" amfibiya qrupunun da daxil edildiyi bildirilir.

Hərbi planlaşdırıcılar quru qoşunlarının ehtimal olunan müdaxiləsi zamanı İran hərbçilərinin saxlanılması üçün xüsusi əsir düşərgələrinin yaradılması qaydalarını da müzakirə ediblər.

Qeyd olunur ki, bu elit qüvvələr İranın dərinliklərinə irəliləmək deyil, Hörmüz boğazı sahillərindəki raket batareyalarını sıradan çıxarmaq, neft terminallarını nəzarətə götürmək və ya ölkənin nüvə materiallarını müsadirə etmək üçün qısamüddətli strateji reydlər keçirmək məqsədi daşıyır. Ağ Ev rəsmiləri bu hərəkətliliyin prezidentə maksimum seçim imkanı vermək üçün rutin hazırlıq olduğunu desə də, "Şir nəriltisi" əməliyyatında quru müdaxiləsi ehtimalı heç vaxt olmadığı qədər pik həddə çatıb.

Musavat.com

Избранный
88
2
musavat.com

3Источники