RU

SEPAH-ın itkin generalı "dirildi"? – Qaani müharibənin 21-ci günündə şok mesaj yaydı

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani fevralın 28-də ABŞ-İsrail koalisiyasının İrana qarşı başlatdığı genişmiqyaslı hərbi kampaniyadan bəri ilk dəfə rəsmi bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, İranın "Mehr News" və "PressTV" agentlikləri tərəfindən yayımlanan müraciətdə general "müqavimət cəbhəsi"nin müttəfiqlərini alqışlayıb və ABŞ-la İsrailə qarşı mübarizədə "yeni sürprizlər" vəd edib.

Lakin bu müraciətin yalnız mətn formatında təqdim edilməsi, heç bir video və ya audio yazının olmaması beynəlxalq analitiklər və kəşfiyyat dairələrində müraciətin həqiqiliyinə dair ciddi şübhələr yaradıb.

General Qaaninin televiziyada sonuncu görüntüsü fevralın 17-də qeydə alınıb və o, müharibənin başladığı 21 gün ərzində bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb. Bu müddət ərzində onun taleyi ilə bağlı ziddiyyətli məlumatlar yayılmışdı; bəzi mənbələr onun İsrailin hava zərbələri zamanı öldürüldüyünü, digərləri isə İsrailə casusluq ittihamı ilə həbs edildiyini və ya edam olunduğunu iddia edirdilər. Qaaninin 2024-cü ilin oktyabrında Həsən Nəsrullahın öldürülməsindən sonra və 2025-ci ilin iyunundakı "12 günlük müharibə" zamanı da analoji şəkildə yoxa çıxması, lakin hər iki halda sonradan peyda olması onun böhran anlarında gizlənmək vərdişinə sahib olduğunu göstərir.

Bununla belə, martın 20-də SEPAH-ın sözçüsü general Naeninin məhv edilməsindən sonra "Qüds" rəhbərinin hələ də vizual olaraq görünməməsi bu bəyanatın sadəcə orduda mənəvi ruhu saxlamaq üçün hazırlanmış bir manipulyasiya olduğu ehtimalını gücləndirir.

Musavat.com

Избранный
45
2
musavat.com

3Источники