İngilrərənin “Milluol” klubu ev stadionu olan Den stadionu üçün 999 illik icarə müqaviləsi imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, Luişam şəhər şurası ilə bütün hüquqi sənədlər rəsmiləşdirilib. Bu razılaşma “Milluol”un uzunmüddətli sabitliyini təmin edir və klubun gələcək inkişafı üçün möhkəm baza yaradır.
Qeyd edək ki, “Den” stadionu Londonda yerləşir və 1993-cü ildə tikilib. 1885-ci ildə əsası qoyulan “Milluol” hazırda Çempionşiodə oynayır. Klubun ən böyük uğuru 2004-cü ildə İngiltərə Kubokunun finalına yüksəlməsi olub.