RU

Xətibinin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir.

"Cebheinfo.az" Oxu. Az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.

Bildirilib ki, Seyid İsmayıl Xətib, qızı və həyat yoldaşı ilə birlikdə Qum şəhərində dəfn olunacaq.

Xatırladaq ki, Seyid İsmayıl Xətib martın 18-də İsrailin İslam Respublikasına endirdiyi zərbələr nəticəsində həlak olub. İran Prezidenti Məsud Pezeşkian onun öldürüldüyünü rəsmən təsdiqləyib.

https://t.me/xeberleroxu/157003

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

"Cebheinfo.az"

Избранный
74
1
cebheinfo.az

1Источники