42 yaşlı İlya Remeslo son vaxtlara qədər Putini aktiv şəkildə təbliğ edir və müxalifətlə amansız mübarizə aparırdı. Müharibəni dəstəkləyən “Z-blogerlər” sinfinə daxil idi. Vaxtilə Aleksey Navalnı ilə tərəfdaşlarının həbs olumasında verdiyi donoslarla hakimiyyətə böyük xidmət göstərmişdi.
Amma martın 17 və 18-də gözlənilmədən hakimiyyətin əleyhinə bir neçə post paylaşdı. Ukraynadakı müharibənin dalana dirəndiyini iddia edərək, Putini “qeyri-legitim prezident” adlandırdı. Onun sözlərinə görə Putin hərbi cinayətkar kimi mühakimə olunmalıdır.
Əvvəlcə onun hesabının oğurlandığını düşünürdülər, amma tezliklə Remeslo müsahibəsində belə olmadığını bildirdi.
Onun cəmiyyəti mat qoyan qəfil dönüşünün səbəbləri çoxları üçün müəmmalıdır. Bəzi fikirlərə görə, blogerin maliyyəsini azaltdıqları üçün belə olub.
Daha bir variant budur ki, Kreml ondan süni şəkildə müxalifət düzəltmək üzərində işləyir.
Hakimiyyət isə onun əsəblərinin gərginliyə dözməyərək, pozulması versiyasının üzərində dayanmağı üstün tutub. Maraqlıdır ki, blogerin bacısı məşhur psixiatrdır və elə salındığı xəstəxanada işləyir.
Yada salaq ki, vaxtilə sovet hakimiyyətini tənqid edən şəxslərin ruhi xəstəxanaya salınması KQB-nin ən sevimli metodlarından idi. Yanaşma beelə idi ki, sovet hakimiyyəti dünyada ən yaxşı quruluşdur. Ağlı başında olan adam dünyanın ən yaxşı quruluşunu tənqid etməz. Edirsə - deməli, dəlidir.
Vüsal Məmmədov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта