RU

Avropadan Yaxın Şərqə “Patriot” köçü: NATO-nun müdafiəsində boşluq yaranıb

ABŞ müdafiə rəsmilərinin “Associated Press” (AP) agentliyinə verdiyi məlumata görə, Vaşinqton bütün resurslarını İranla müharibəyə yönəltdiyi üçün Avropadakı “Patriot” hava hücumundan müdafiə sistemlərinin və raketlərin əhəmiyyətli bir hissəsini Yaxın Şərqə daşıyıb.

NOCOMMENT.az xəbər verir ki, iki yüksək rütbəli amerikalı rəsmi bu addımın Avropanın Rusiyaya qarşı hava müdafiəsində ciddi boşluqlar yaratdığını bildirib. Lakin digər bir rəsmi şəxs NATO-nun hələ də qitəni qorumaq üçün kifayət qədər imkana malik olduğunu vurğulayıb. Məlumata görə, xüsusilə Almaniyadan Türkiyədəki İncirlik və digər bazalara sistemlər köçürülüb. Bu qərar İranın Türkiyə və digər region ölkələrinə yönələn ballistik raket təhdidlərinə qarşı atılıb.

Pentaqon rəsmiləri etiraf ediblər ki, İrandakı “Epic Fury” əməliyyatı zamanı “Patriot” raketlərinin ehtiyatı sürətlə tükənir. Belə ki, təkcə müharibənin ilk günündə 800-dən çox raket istifadə edilib ki, bu da ABŞ-ın bir illik istehsal həcmindən çoxdur. Bu vəziyyət Vaşinqtonu Cənubi Koreya və Hind-Sakit okean regionundakı digər müdafiə resurslarını da Yaxın Şərqə cəlb etməyə məcbur qoyub.

Sara,
NOCOMMENT.az

Избранный
108
nocomment.az

1Источники