RU

Ötən gecə beş ədəd avtomat silah aşkar edilib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edib.

Reyting.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
58
50
reyting.az

10Источники