RU

Novıy Qod şousunu Novruzdan üstün tutursunuz Sərt tənqid

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Sevilən müğənni Murad Arif Novruzla bağlı səmimi təbriki ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, sənətçi Novruz bayramına olan marağın azalmasından gileylənib.

O, bildirib ki, hətta telekanallar belə yeni il şoularını Novruz bayramından üstün tuturlar: 

"Zaman keçdikcə daha dərindən anlayıram ki, məhz Novruz bizim bayramların şahıdır, sultanıdır, ən əsasıdır! O, yaddaşdır, oddur, torpaqdır, Vətəndir!

Təəssüf ki, bəzən nəinki insanlar, hətta telekanallar belə "Novıy Qod” şousunu Novruzdan üstün tutur… Amma bütün bunlara rəğmən, təbiət özü Novruzu qarşılayır, onu qeyd edir, Novruzda oyanır, Novruzda canlanır, Novruzda çiçəkləyir!

Novruzumuz mübarək, əzizlərim! Qoy doğmalarımız sağ, süfrələrimiz bol, ölkəmiz daim sülh içində olsun! Uşaqlarla eşiyə çıxın, qapılara papaq qoyun, tonqallarınızı gur qalayın, alovun üzərindən atlanın, bir-birinizə zəng edin, bayramlaşın, sevinin! Çünki bu vəfasız dünyada özünüzə sevinc, şənlik, bayram borcunuz var".

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
azxeber.com

1Источники