RU

“Pul qazanın, amma mədəniyyətimizi məhv etməyin!” – Brilliant Dadaşovadan SƏRT reaksiya

“Sosial şəbəkələrdə – “Instagram”, “YouTube” platformalarında oxunan mahnılar çox bərbaddır. Bu, artıq ürək sındırmaqdan da keçib, həqiqətən bərbad vəziyyətdədir”.

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Qonaqcanlı” verilişində səsləndirib.

Xalq artisti süni intellekt vasitəsilə mahnı yazılması və klip çəkilişi məsələsinə də münasibət bildirib:

“Bir məclisdə idim, gördüm ki, stol arxasında elə yerindəcə mahnı bəstələnir. Oradaca sözlər yazıldı, anındaca mahnı hazır oldu. Düzdür, səsimi çıxarmadım, çünki kiminsə qəlbini qırmaq istəmirəm. Amma stol arxasında necə musiqi bəstələmək olar? Axı bu qədər asan deyil. Bizim bəstəkarlarımız konservatoriyalar bitirirlər. Pulunuzu qazanın, amma xahiş edirəm, mədəniyyətimizi bərbad günə qoymayın".

Xalidə Gəray
Musavat.com

Избранный
54
3
musavat.com

10Источники