RU

Hövsanda müəllimənin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıldı

Suraxanı rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Aznews.az-a rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Избранный
28
29
aznews.az

10Источники