RU

“Mançester Yunayted” “Bornumut”la heç heçə etdi

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.

Adalet.az xəbər verir ki, “Mançester Yunayted” “Bornumut” səfərində büdrəyib.

Matçın ilk hissəsi qolsuz başa çatsa da ikinci hissə daha məhsuldar olub. İkinci 45 dəqiqədə 4 qol vurulsa da qalibi müəyyən etmək olmayıb – 2:2. Qeyd edək ki, “qırmızı şeytanlar” oyunun 80-ci dəqiqəsində Harri Maquayrın qırmızı vərəqə alması ilə bir nəfər azlıqda qalıb.

Bu matçdan sonra “Mançestr Yunayted” 55 xalla üçüncüdür. “Bornumut” isə turnir cədvəlini yarı bölür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
3
adalet.az

10Источники