"Popkornun istehlakı həzmi yaxşılaşdırır və təhlükəli xəstəliklərin profilaktikasına kömək edir".
BAKU.WS xəbər verir ki, bu sözləri qidalanma mütəxəssisi və dietoloq Tim Spektor "Daily Mirror" nəşrinə bildirib.
Ekspert əlavə edib ki, popkornun faydası onun yüksək lif (sellüloza) tərkibi ilə bağlıdır:
"Belə ki, 100 qram bu məhsulda təxminən 14,5 qram qida lifləri var. Bu liflər bağırsağın fəaliyyətini yaxşılaşdırmaq, qanda şəkərin səviyyəsini normallaşdırmaq və xroniki xəstəliklərin riskini azaltmaq üçün vacibdir".