RU

Sevgi, pul və daha nələr... - Nağıl kimi dövr başladı - Bürclərə ŞAD XƏBƏR

3 gündür ki, Balıq bürcünün 28-ci dərəcəsində Yeni Ay yaşanır. Yeni Ayın təsirləri adətən bir həftə əvvəl hiss olunmağa başlayır və martın 30-na qədər davam edir. Bu dövr yeni başlanğıclar gətirə bilər. Sevgi, ailə, sağlamlıq, karyera sahəsində bürcünüzü nələrin gözlədiyini bilmək istəyirsinizsə, məşhur astroloq Dinçer Günerin proqnozlarına nəzər salaq.

GUNER.jpg

Musavat.com Günerin şərhlərini təqdim edir:

“Bu müddətdə həssaslığınız zirvəyə çatacaq. Keçmişdən qalmış yaralar və ya uşaqlıqdan gələn emosional izlər yenidən üzə çıxa bilər. Bəzən səbəbsiz yerə duyğusallaşa, eyni zamanda çox aydın və mesaj dolu yuxular görə bilərsiniz.

Özünüzü və başqalarını bağışlamaq bu dövrdə daha asan olacaq.

Balıq enerjisi romantikanı sanki nağılvari bir səviyyəyə yüksəldir. Subaylar üçün ruhən dərin bağ qura biləcəkləri tanışlıqlar gündəmə gələ bilər. Ancaq unutmaq olmaz ki, Balıq enerjisi sərhədləri zəiflədə bilər. Bu səbəbdən münasibətlərdə “xilaskar” roluna girməkdən, partnyoru həddindən artıq idealizə etməkdən və manipulyasiyalara açıq olmaqdan uzaq durmaq lazımdır.

Xüsusilə incəsənət, dizayn, yazıçılıq kimi yaradıcılıq tələb edən sahələrdə çalışanlar üçün bu dövr olduqca məhsuldar ola bilər.

Uranın təsiri isə gözlənilməz sürprizlər gətirə bilər. Gözləmədiyiniz anda yeni bir layihə və ya fürsət qarşınıza çıxa bilər. Lakin bu dövrdə düşüncə bir qədər qarışıq ola biləcəyi üçün impulsiv xərclərdən uzaq durmaq tövsiyə olunur.

Sağlamlıq baxımından isə immun sisteminizə, ayaq sağlamlığınıza və yuxu rejiminizə xüsusi diqqət yetirməlisiniz. Enerjiniz bəzən aşağı düşə bilər və özünüzü yorğun hiss edə bilərsiniz”.

Musavat.com

Избранный
54
3
musavat.com

10Источники