RU

Tramp İranın Xark adası ilə bağlı planları açıqlamaqdan imtina edib

BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trump Vaşinqtonun İranın Xark adası ilə bağlı planlarını açıqlamaqdan imtina edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ evin Cənub qazonunda jurnalistlərin suallarını cavablandırarkən, Floridaya yola düşməzdən əvvəl danışıb.

“Bəlkə plan var, bəlkə də yoxdur. Amma niyə bunu jurnalistə deyim?” - deyə Donald Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, belə məlumatı açıqlasa, dövlət katibi Marco Rubio dərhal onun helikopterə yönəlməsini istəyərdi.

“Bunu sizə deyə bilmərəm”, - deyə o vurğulayıb.

Избранный
96
teleqraf.com

1Источники