RU

Milçəklərin ən çox qorxduğu vasitə: Zibil qutusuna səpin və...

Bahar aylarında təbiətin canlanması ilə mətbəxdə də "dəvətsiz qonaqlar" görünməyə başlayır.

Hakimiyyet.az xəbər verir ki, hələ havalar isinməsə də, nəm səviyyəsinin artması milçəklər üçün əlverişli şərait yaradır.

Xüsusilə mətbəx zibillərinə hücum edən milçəklərdən xilas olmaq üçün tək bir vasitə kifayət edir.

Milçəkləri cəzb edən o nəmli şəraiti pozmaq üçün ən yaxşı vasitə konteynerə süfrə duzu səpməkdir. 

Zibil paketini hər dəfə dəyişdiyinizdə zibil qabınən dibinə bir qədər duz səpin. Duz paketdən sıza biləcək nəmi anında aradan qaldırır. Belə olanda milçəklər zibil qabında yumurta qoymaq yerinə nəmli şərait axtaracaqlar.

Duz həmçinin zibil qutusundan pis qoxu yayılmasının da qarşısını alacaq.

Bundan əlavə, qutunun ən altına bir ədəd qəzet kağızı yerləşdirsəniz, bu, rütubəti özünə çəkəcək və zibil qabınən quru qalmasını təmin edəcək.

Həftədə bir dəfə zibil konteynerini bəyaz sirkə ilə silmək milçəklərin həmin bölgəyə qonmasının qarşısını alacaq.

Son olaraq təzə nanədən bir qədər qoparıb zibil qutusunun yanına qoysanız, milçəklərin kəskin qoxudan qaçdığını görəcəksiniz.

Billurə

Избранный
77
2
hakimiyyet.az

3Источники