RU

Merts: Tramp mənim barəmdə yaxşı danışmır

BAKI, 21 mart. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ABŞ ilə münasibətlərin İran ətrafında yaranmış gərginlik fonunda soyuduğunu etiraf edib.

Teleqraf xəbər verir ki, o bildirib ki, ABŞ Prezidenti Donald Trump hazırda onun haqqında “çox da yaxşı fikirdə deyil”.

Almaniya hökumət başçısı bu açıqlamanı Xristian-Demokrat İttifaqının Bad-Dürkxaym şəhərində keçirilən seçkiqabağı tədbirində səsləndirib.

Qeyd olunub ki, Fridrix Merç daha əvvəl Bundesverin İranla bağlı münaqişə davam etdiyi müddətdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərbi missiyada iştirak etməyəcəyini açıqlamışdı.

Buna baxmayaraq, kansler ABŞ prezidentini Bad-Dürkxayma dəvət etmək niyyətindədir. Bildirilib ki, Donald Trampın babası Frederix Trump məhz bu bölgədə doğulub.

Fridrix Merts yaxın günlərdə ABŞ lideri ilə telefon danışığı aparmağı planlaşdırdığını da əlavə edib.

Избранный
107
teleqraf.com

1Источники