RU

Xankəndidə atəşfəşanlıq keçirildi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı təşkil olunub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Zəfər meydanında keçirilən tədbir sakinlərlə yanaşı turistlərin də böyük marağına səbəb olub.

Konsert proqramında tanınmış müğənnilər çıxış edərək müxtəlif musiqi nömrələri təqdim ediblər. Tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

Gecənin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq bayram əhval-ruhiyyəsini daha da yüksəldib, şəhərdə unudulmaz mənzərə yaradıb.

Qeyd edək ki, bu kimi tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və sakinlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
110
13
axar.az

10Источники