RU

Bir quşla iki daşı öldürür - Çak Norris haqqında lətifələr

Çak Norris dəsmaldan istifadə etmir. Suyun özü ondan qorxub qaçır.

Çak Norris nəfəs almır, havanı girov götürür.

ABŞ-da ölümlərin 3 əsas səbəbi var: Ürək xəstəlikləri, Xərçənd, Çal Norris. Əks istiqamətdə.

CNN əslində "Chuck Norris Network" deməkdir.

Çak Norris bir zərbəyə insanın DNT-sini dəyişə bilir.

Çak Norris "Formula-1" yarışında maşınsız qalib gəlib.


Çak Norris yağışdan qar adamı düzəldə bilir.

Çak Norris divarla tennis oynayıb, qalib gələn yeganə insandır.

Çak Norris fırlanan qapını çırpıb gedə bilir.

Qara rəngi Çak Norris ixtira edib. Əslində bütün rəngləri Çak Norris ixtira edib, çəhrayı ilə mavidən başqa.

Çak Norris Assambler dilində danışa bilir.

Kütləvi Qırğın Silahı sadəcə, Çak Norrisin başqa adıdır.

Çak Norris istəsə öz qulağını dişləyə bilər.

Allah "Qoy işıq olsun" deyəndə Çak Norris əlavə edib: "Zəhmət olmasa!"


Çak Norris balığı suda boğa bilər.

Gücün üç tərəfi var: İşıqlı tərəf, qaranlıq tərəf və Çak Norris.

Çak Norrisə yağ lazım olanda inəyi götürüb silkələyir və onun içindəki süd yağa çevrilir.

Çak Norris sonsuzluğa qədər saymağı bacarmış yeganə insandır. Özü də iki dəfə.

Çak Norris bir quşla iki daşı öldürür.

Volan de Mort Çak Norrisin haqqında danışanda "Adını-Çəkmək-Olmayan-Şəxs" deyir.

Çak Norris əlləri arxada bağlı vəziyyətdə qol güləşində qalib gəlir.

Çak Norris gündəlik yazır. Adı "Ginnesin rekordlar kitabı"dır.

Çak Norrisin göz yaşları xərçəngin dərmanıdır. Əgər ağlasa.

Polislər Çak Norrisi tutanda "Bizim susmaq hüququmuz var" deyirlər.

Çak Norris uşaq vaxtı böyüyüb özü olmaq istəyirdi.

Çak Norrisin zərbəsi o qədər güclüdür ki, kosmosdan adi gözlə görmək mümkündür.
Избранный
15
2
azvision.az

3Источники