RU

Azərbaycana bahar fəsli qədəm qoyub

Azpost saytına istinadən ain.az xəbər verir.

Azərbaycana yaz fəsli qədəm qoyub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 18:45-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
49
azpost.info

10Источники