RU

Yaşlanma belə başlayır: Həkimdən həyatınızı dəyişəcək sözlər

Bioloji yaşlanma hər kəsdə eyni sürətlə getmir və bu prosesə gündəlik həyat tərzi ciddi təsir göstərir. 

Mütəxəssislərin fikrincə, insanların çoxunun fərqinə varmadan təkrarladığı bəzi vərdişlər orqanizmə əlavə yük yaradır və bədənin daha tez qocalmasına səbəb olur. Bu isə özünü təkcə xarici görünüşdə deyil, daxili sağlamlıqda da göstərir. 

Nəticədə ürək-damar problemləri, immun sisteminin zəifləməsi, əzələ kütləsinin azalması və zehni yorğunluq kimi hallar daha erkən yaşlarda ortaya çıxır. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-li həkim Jozef Puritanın araşdırmasına görə, bu prosesin əsas səbəbi orqanizmdə baş verən bir neçə mənfi dəyişikliklə bağlıdır. 

Zərərli vərdişlər xroniki iltihabı artırır, oksidativ stress yaradır, hormon balansını pozur və hüceyrələrin enerji istehsalını zəiflədir. Bu dəyişikliklər nəticədə yaşlanma ilə əlaqəli genlərin fəaliyyətinə də mənfi təsir edir və bədənin özünü yeniləmə qabiliyyəti zəifləyir. 

Mütəxəssis qeyd edir ki, bu vərdişlər eyni mexanizmlərlə təsir göstərsə də, hər biri orqanizmdə fərqli sahələri daha çox zədələyə bilər. 

Məsələn, qeyri-sağlam qidalanma daha çox maddələr mübadiləsinə və ürək-damar sisteminə təsir etdiyi halda, hərəkətsiz həyat tərzi əzələ və skelet sistemini zəiflədir. Eyni zamanda, yuxu rejiminin pozulması və stress sinir sistemi və hormonal tarazlıq üzərində ciddi təsir yaradır. 

Gündəlik həyat tərzində edilən kiçik düzəlişlər belə orqanizmdə müsbət nəticələr yarada bilər. Çünki bioloji yaşlanma çox vaxt birdəfəlik deyil, hər gün təkrarlanan kiçik səhvlərin nəticəsində sürətlənir. 

Избранный
48
1
cebheinfo.az

2Источники