“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Ronaldo sosial media səhifəsində yazıb: “Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu xüsusi günü ailəniz və yaxınlarınızla keçirəcəksiniz. Hamınıza sülh və xoşbəxtlik arzulayıram”.
Ronaldo bu mövsüm klubun heyətində bütün turnirlərdə 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.