RU

Bakı bir gecədə necə boşaldı? AÇIQLAMA

ain.az, Azvision portalına istinadən məlumat verir.

Belə ki, yüzlərlə insan saatlarla yolda qalmalı olub. Bir çoxları bildirir ki, bölgələrdə iş imkanlarının məhdud olması səbəbindən insanlsr paytaxta üz tuturlar. Nəticədə isə istər adi günlərdə, istərsə də bayram ərəfəsində şəhərdə dözülməz tıxaclar yaranır. Bəs bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? AzVision.az xəbər verir ki, bu barədə Globalinfo.az-a hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova danışıb. O deyib ki, problemin kökündə əsasən regionlar və paytaxt arasındakı iqtisadi balanssızlıq dayanır: “Digər problem isə düzgün nəqliyyat planlamasının olmamasıdır ki, bu, ayrı bir mövzudur. Ancaq əsas problem iqtisadi və sosial balans problemidir. İnsanlar iş, təhsil, tibbi və digər xidmətlər üçün Bakıya üz tuturlar. Aparıcı universitetlər və ixtisaslaşmış xəstəxanalar əsasən Bakıda yerləşir. Hər şeydən əvvəl universitetlərin bölgələrə köçürülməsi prosesi sürətləndirilməlidir. O cümlədən də, bölgələrdə iş yerləri və müxtəlif xidmət sektorları inkişaf etdirilməlidir. Bu baş verməzsə, sıxlıq davam edəcək və tıxac problemi həllini tapmayacaq”. İqtisadçının sözlərinə görə, tıxacın böyük hissəsini də, məhz tələbələr və onların yaxınları yaradır: “Ailələr tələbə adını qazanan övladları ilə birgə uzunmüddətli olaraq Bakıya köçürlər. Digər qisim isə, işləmək üçün və müxtəlif xidmətlərin dalınca Bakıya üz tutanlardır. Ən yüksək maaşlı işlər Bakıda cəmləşib, özəl sektor bölgələrdə yox dərəcəsindədir”. Vüsalə Əhmədovanın fikrincə, ümumiyyətlə, “hamı Bakıda yaşamalıdır” modeli dəyişməlidir: “Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Zaqatala, Ağdam kimi regional mərkəzlər gücləndirilməlidir. Dövlət qurumlarının bir hissəsi regionlara köçürülsə, böyük bizneslər və xarici investisiyalar bölgələrə yönəldilsə probləm həllini tapar. “Regional mərkəz şəhərlər” strategiyası düşünürəm ki, bu cür qurula bilər. Qısası, regionlar özünü təmin edən iqtisadi zonalara çevrilməlidir”. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
8
azvision.az

9Источники