RU

Papikyandan müxalifətə sərt sözlər: Onların təcavüzkar mövqeyi yeni müharibə təhlükəsini artırır

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baş nazir Nikol Paşinyanın ardınca Ermənistanın müdafiə naziri Suren Papikyan da müxalifəti Azərbaycanla müharibəyə təhrik etməkdə ittiham edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Brifinq zamanı nazirə müharibənin mümkün ilkin şərtləri və real təhdidlərlə bağlı sual ünvanlanıb. O bildirib ki, müxalifət hakimiyyətə gəldiyi təqdirdə, payız aylarında yeni eskalasiya ehtimalı arta bilər.

"Müxalifət qüvvələrinin təbliğ etdiyi narrativlər və onların təcavüzkar mövqeyi yeni müharibə təhlükəsini birbaşa artırır", - deyə nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
95
oxu.az

1Источники