Şimali Koreya Prezidenti Kim Çen In 13 yaşlı qızı Kim Cu-ae ilə birlikdə tank idarə edərkən görüntülənib.
Musavat.com xəbər verir ki, prezident və qızı taktiki hücum təlimində iştirak ediblər. Onlar yeni döyüş tankının müxtəlif istiqamətlərdən atılan raketləri və pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirməsini müşahidə ediblər.
Kim Çen In təlimin uğurundan məmnunluğunu bildirərək yeni əsas döyüş tankının texniki xüsusiyyətlərinin dünya miqyasında bənzərsiz olduğunu vurğulayıb:
"Əsas döyüş tankımızın döyüş göstəriciləri rəqiblərlə müqayisədə əvəzolunmazdır. Bundan sonra quru qoşunlarımız bu güclü tanklarla təchiz ediləcək".
Təlimdə həmçinin Şimali Koreya Müdafiə Naziri, Baş Qərargah Rəhbəri və digər yüksək rütbəli hərbi komandanlar iştirak ediblər.
Şahanə Rəhimli
Musavat.com


