Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” “İmişli”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” cəzalı Elvin Bədəlov matçı buraxacaq. Zədəli Vensan Abubakar isə sağalıb. Ancaq onun oynayıb-oynamayacağı sual altındadır.
“İmişli”də isə bir itki var. Vüsal Qənbərov zədə səbəbindən meydana çıxa bilməyəcək.
Xatırladaq ki, qarşılaşma bu gün saat 18:15-də start götürəcək.