RU

Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ!

Son günlərdə sosial şəbəkələrdə və messencer qruplarında Azərbaycan vətəndaşlarına, xüsusən də 1949–2015-ci illər arasında təvəllüdü olan şəxslərə “Sosial Fond” tərəfindən 1200 manat məbləğində birdəfəlik vəsaitin ödəniləcəyi barədə şirnikləndirici dezinformasiyalar sürətlə yayılmaqdadır. İddia olunur ki, martın 21-nə qədər müraciət edən hər kəsə, heç bir ehtiyac meyarı nəzərə alınmadan bu pullar köçürüləcək. Lakin bu cür elanların tərkibindəki şübhəli linklər və tələsik müraciət tələbi klassik “fishing” (fishing – fırıldaqçılıq növü) kiber-dələduzluq əlamətləridir. Rəsmi dövlət qurumları tərəfindən təsdiqlənməyən bu cür xəbərlər vətəndaşların həm maliyyə vəsaitlərini, həm də fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyır. Bu cür hallarda əsas hədəf insanların dövlət tərəfindən həyata keçirilən real sosial layihələrə olan inamından sui-istifadə etməkdir.

Barassociation.az

NOCOMMENT.az-a məsələni şərh edən hüquqşünas Nərgiz Sərdarova bildirib ki, bu növ müraciətlər və daxilindəki şübhəli linklər vətəndaşlar üçün çox ciddi risklər yaradır:

“Həmin anlaşılmayan linklərə daxil olan şəxsləri bir neçə təhlükə gözləyir. İlk növbədə, bu linklər vasitəsilə vətəndaşın mobil cihazına və ya kompüterinə casus proqramlar yüklənə bilər ki, bu da bank kartı məlumatlarının, parolların və şəxsi yazışmaların fırıldaqçıların əlinə keçməsinə şərait yaradır. İkincisi, “müraciət” adı altında vətəndaşdan şəxsiyyət vəsiqəsinin məlumatları, FİN-kod və telefon nömrəsi tələb olunur. Bu məlumatlar ələ keçirildikdən sonra fırıldaqçılar həmin şəxsin adına onlayn kreditlər rəsmiləşdirə və ya digər cinayət əməllərində istifadə edə bilərlər. Vətəndaşlar bilməlidir ki, heç bir rəsmi dövlət qurumu sosial ödənişlər üçün qeyri-rəsmi sosial şəbəkə linkləri vasitəsilə məlumat toplamır. Bütün sosial ödənişlər yalnız rəsmi ‘e-sosial.az’ portalı və ya müvafiq nazirliyin rəsmi saytları vasitəsilə tənzimlənir”.

Gelmiş

Hüquqşünas həmçinin bu növ dezinformasiya yayan və dələduzluq edən şəxsləri gözləyən ağır cəzalardan danışıb:

“Bu cür əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə tövsif oluna bilər. Xüsusilə, kompüter sistemindən istifadə etməklə törədilən dələduzluq (Maddə 178.2.4) və kiber-cinayətkarlıqla bağlı maddələr bura şamil edilir. Saxta məlumat yayaraq insanların əmlakını və ya pulunu ələ keçirməyə cəhd edən şəxslər vurduqları ziyanın miqdarından asılı olaraq ağır məbləğdə cərimələr, islah işləri və ya bir neçə ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər. Eyni zamanda, ictimaiyyətdə təşviş yaradan yalan məlumatların yayılmasına görə İnzibati Xətalar Məcəlləsi ilə də ciddi sanksiyalar nəzərdə tutulub. Vətəndaşlar hər hansı linkə daxil olmazdan əvvəl məlumatın rəsmi mənbələrdə olub-olmadığını yoxlasınlar və heç bir halda bank kartlarının CVV kodunu və ya SMS vasitəsilə gələn təsdiq kodlarını naməlum şəxslərə verməsinlər”.

Turan
NOCOMMENT.az 

Избранный
51
1
nocomment.az

2Источники