Fanat saytına istinadən ain.az xəbər verir.
Afrika Millətlər Kubokunun finalında Mərakeşə qalib gəlmələrinə (1:0) baxmayaraq, texniki məğlubiyyət alan Seneqal millisinin müdafiəçisi Kalidu Kulibali kuboku geri qaytarmaq niyyətində deyil.
Fanat.Az xəbər verir ki, "Çelsi"nin sabiq ulduzu bu barədə sosial media hesabında paylaşım edib: "Çempionlara hörmət edin! Kubok buradadır və o heç yerə getmir. Hər kəs onu əlimdə görə bilər".
Afrika Futbol Konfederasiyası (CAF) Seneqalın finalda oyun bitməmiş meydanı tərk etməsindən sonra 2026-cı il Afrika Millətlər Kubokunu (CAN) Mərakeşə verib.
Seneqal və Mərakeş arasında keçirilən matçda hakim əsas vaxtın son dəqiqələrində mərakeşlilərin xeyrinə penalti təyin edib. Seneqallılar hakimin qərarı ilə razılaşmayıb və məşqçi etiraz olaraq komandasını meydandan çıxarıb. On dəqiqə sonra Seneqal geri qayıdıb, lakin Brahim Diaz penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Əlavə vaxtda seneqallılar qol vuraraq qalib gəliblər.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.