RU

“Lukoyl”dan bir trilyonluq zərər: Şirkət mənfiyə doğru gedir

Rusiyanın ən iri neft nəhənglərindən biri olan “Lukoyl” şirkəti 2025-ci ilin maliyyə hesabatlarına əsasən 1,06 trilyon rubl xalis zərər qeydə alıb. Bu göstərici əvvəlki ilin nəticələrini 150 milyard rubldan çox üstələyib.

NOCOMMENT.az xəbər verir ki, şirkətin gəlirləri 15% azalaraq 3,8 trilyon rubla düşdüyü halda, xalis borcu 78% azalaraq 226 milyard rubla enib. Buna baxmayaraq, Direktorlar Şurası 2025-ci ilin yekunlarına görə hər adi səhm üçün 278 rubl məbləğində dividend ödənilməsini tövsiyə edib. Səhmdarların ümumi yığıncağı aprelin 23-nə təyin olunub.

“Lukoyl” xarici layihələrə qoyulan investisiyaları silib və aktivlərin dəyərsizləşməsindən yaranan zərəri 1,7 trilyon rubl həcmində qiymətləndirib.

Sara,
NOCOMMENT.az

Избранный
111
nocomment.az

1Источники