RU

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Misli Premyer Liqasında 25-ci tur davam edir.
 

Bizim.Media xəbər verir ki, 3-cü oyun günündə 2 matçdan biri başa çatıb.

Əvvəlcə "Kəpəz" "Qarabağ"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu komandalar arasında 1-ci dövrədəki oyunda "Qarabağ", 2-ci dövrədəki matçında isə "Kəpəz" qələbə qazanmışdı.

Bu məğlubiyyət "Qarabağ" üçün çempionluq mübarizəsində ağır zərbə olub. Ağdam təmsilçisinin hazırda lider "Sabah"la arasında 10 xal fərq yaranıb. Ancaq "Qarabağ"ın ehtiyatda bir oyunu da qalır.

Digər oyunda isə "Neftçi" evdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 19:15-də start götürəcək. Sözügedən komadaların 1-ci dövrədəki dueli heç-heçə ilə, 2-ci dövrədəki qarşılaşması isə "İmişli"nin qələbəsi ilə yekunlaşıb.

20 mart (cümə)

15:00. “Kəpəz” – “Qarabağ” - 1:0 

Qol: Fərid Nəbiyev, 45

Yevlax şəhər stadionu.


Bizim.Media

Избранный
76
10
bizim.media

10Источники