RU

"Qarabağ" çempionluq yarışında ağır zərbə aldı

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ” Yevlaxda “Kəpəz”in qonağı olub. Ağdam klubu çempionluq uğrunda ağır zərbə alıb. Qurban Qurbanovun yetirmələri səfərdən əliboş qayıdıblar. Gəncə təmsilçisi Fərid Nəbiyevin 45-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb.

Bununla lider “Sabah” (62 xal) ilə “Qarabağ” arasındakı xal fərqi 10-a yüksəlib. Ağdamlıların ehtiyatda 1 oyunu var.

Günün digər oyununda “Neftçi” “İmişli”ni sınağa çəkəcək. Görüş saat 19:15-də başlayacaq.

Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Araz-Naxçıvan”a (0:1), “Karvan-Yevlax” “Zirə”yə (0:1) uduzub, “Sabah” “Sumqayıt”a (3:1) qalib gəlib. “Turan Tovuz” – “Qəbələ” matçı sabah keçiriləcək.

Избранный
80
38
publika.az

10Источники