RU

ABŞ-də təhlükəli istilik dalğası: temperatur normadan 17 dərəcə yüksəkdir

Bakı. Trend:

Sakit okean sahillərindən Rokki dağlarına qədər milyonlarlaamerikalı bu həftə mövsümdənkənar isti hava ilə üzləşib.Temperaturun ilin orta göstəricisindən təxminən 17 dərəcə yüksəkolması vəziyyəti bəzi bölgələrdə təhlükəli həddə çatdırıb.

Trend bubarədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, əsasən qazıntı yanacaqlarının yandırılmasınəticəsində yaranan iqlim böhranı son on ildə bu cür istilikdalğalarının baş vermə ehtimalını dörd dəfə artırıb.

Beynəlxalq iqlim tədqiqatçıları konsorsiumu olan World WeatherAttribution təşkilatının araşdırmasına görə, qlobal istiləşməolmasaydı, hazırkı istilik dalğası daha mülayim keçər və temperaturtəxminən 0,8°C aşağı olardı.

London İmperial Kollecinin iqlim elmləri professoru FriderikeOtto bildirib ki, əldə olunan nəticələr iqlim dəyişikliyinin havaşəraitini sənayeləşmədən əvvəlki dövrlə müqayisədə daha ekstremalhala gətirdiyini açıq şəkildə göstərir.

Alimlər 18–22 mart tarixlərini əhatə edən beşgünlük proqnozlarıanaliz edərək, qlobal istiləşmənin temperatur göstəricilərinətəsirini qiymətləndiriblər. Tədqiqat çərçivəsində hava və proqnozməlumatları ilə yanaşı, iqlim modellərindən də istifadə olunub.

Proqnozlara görə, yaxın günlərdə istilər daha da güclənəcək.Xüsusilə cənub-qərb bölgələrində temperaturun artacağı, isti havadalğasının isə düzənliklərə və cənuba doğru yayılacağı gözlənilir.Həftənin sonuna qədər 100-ə yaxın şəhərdə mart ayı üzrə temperaturrekordlarının qırılması ehtimal edilir.

Qeyd olunur ki, ABŞ-də ekstremal hava hadisələri arasında ən çoxölümə səbəb olan məhz isti hava şəraitidir. Meteoroloqlar xüsusilərisk qrupuna daxil olan insanlar arasında istilə bağlıxəstəliklərin arta biləcəyi barədə xəbərdarlıq edərək, vətəndaşlarabol maye qəbul etməyi və imkan daxilində evdə qalmağı tövsiyəedirlər.

Избранный
98
1
az.trend.az

2Источники