Dünya futbol ulduzlarından biri olan Kriştiano Ronaldo Ramazan bayramı münasibətilə mənalı bir təbrik mesajı paylaşdı.
Turkustan.az xəbər verir ki, onun sosial mediada paylaşımı qısa müddətdə geniş auditoriyaya çatdı.
Ronaldo mesajında "Hər kəsin Ramazan bayramı mübarək! Ümid edirəm ki, ailəniz və sevdiklərinizlə çox xüsusi bir gün keçirəcəksiniz. Hamınıza sülh və xoşbəxtlik arzulayıram" deyib. Ulduz futbolçunun səmimi mesajı müxtəlif ölkələrdən milyonlarla azarkeş tərəfindən bəyənmə və şərhlərlə qarşılanıb.
Ronaldonun paylaşımı qısa müddətdə sosial mediada trend mövzusuna çevrildi və futbol azarkeşləri onun bayram mesajına böyük maraq göstərdilər.
Aytən Yaşar/ Turkustan.az