RU

ABŞ də heyvanlar üçün dünyanın ən böyük körpüsü tikilir FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatında vəhşi heyvanların, eləcə də kəpənəklərin magistral yolu təhlükəsiz şəkildə keçməsini təmin edəcək nəhəng keçidin inşasına artıq 114 milyon dollar xərclənib. Lakin iddialı layihənin tamamlanması hələ də sual altındadır.

Avtosfer.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, heyvanlar üçün dünyanın ən böyük körpüsü olacaq "Annenberg Wildlife Crossing" 10 zolaqlı "US 101" şosesi üzərində ucalır. Layihə 2022-ci ildə qubernator Qevin Nyusom tərəfindən dəstəklənib.

Plana əsasən, bu keçiddən həşəratlardan tutmuş iri yırtıcılara qədər müxtəlif canlılar istifadə edəcək. Layihənin əsas məqsədi parçalanmış təbiət zonalarını birləşdirmək və heyvanların iştirakı ilə baş verən avtomobil qəzalarının sayını minimuma endirməkdir.

Lakin tikinti işləri planlaşdırılan vaxtdan gecikir. Əvvəlcə 2025-ci ilin sonunda təhvil verilməsi nəzərdə tutulan keçidin açılış tarixi 2026-cı ilin payızına keçirilib. Eyni zamanda layihənin maliyyə dəyəri 93 milyon dollardan 114 milyon dollara yüksəlib. Hazırda körpünün konstruksiyası hələ də torpaq sahələri ilə birləşdirilməyib və faktiki olaraq istifadəsiz vəziyyətdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
avtosfer.az

1Источники