RU

İsfahanda tarixi irsə ağır zərbə: ABŞ və İsrail hücumları 500 milyon dollarlıq ziyan vurub

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İranın İsfahan vilayətinə endirdiyi zərbələr nəticəsində tarixi və mədəni irs abidələrinə 500 milyon dollar məbləğində ziyan dəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mehdi Camalinejad məlumat verib.

Onun sözlərinə görə, “ABŞ və sionist qüvvələrin təcavüzü” zamanı İsfahan vilayətində yerləşən 21 tarixi abidə ciddi zədələnib və bu da mədəni irsə böyük maddi itkilərə səbəb olub. Qubernator əlavə edib ki, yerli hakimiyyət dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər görməyə hazırdır.

Daha əvvəl İran rəsmiləri bildiriblər ki, hücumlar nəticəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan memarlıq inciləri də zərər görüb. Bunlara İsfahandakı Çehel Sütun Sarayı və Məscidi Came, Tehranın tarixi mərkəzində yerləşən Gülüstan Sarayı, eləcə də Xorrəmabad vadisindəki qədim abidələrin yaxınlığındakı tikililər daxildir.

Bundan əlavə, beynəlxalq təşkilat Livanın cənubunda yerləşən qədim Tir şəhəri arxeoloji qazıntı ərazisində də mümkün zədələr barədə məlumat yayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
77
bizimyol.info

1Источники