RU

Dövlət idarəçiliyində yeni era: Peşəkar kadr və şəffaf sistem

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı son fərmanlar ölkədə həyata keçirilən genişmiqyaslı struktur və kadr islahatlarının mühüm tərkib hissəsidir. Bu addım təkcə sosial təminatın gücləndirilməsi deyil, həm də dövlət idarəçiliyinin keyfiyyətini beynəlxalq standartlara çatdırmaq məqsədi daşıyır.

Əkrəm

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, dövlət başçısının imzaladığı bu fərmanlar dövlət aparatının peşəkarlaşması yolunda atılan strateji addımdır:

“Əməkhaqqı sisteminin daha sabit və proqnozlaşdırılan modelə keçirilməsi bir neçə ciddi problemi eyni anda həll edir. Birincisi, bu, dövlət qulluğuna yüksək ixtisaslı kadrların cəlb edilməsi və onların sistemdə saxlanılması üçün güclü stimuldur. Özəl sektorla rəqabət apara bilən bir maaş sistemi kadr axınının qarşısını alır. İkincisi, bu islahat birbaşa korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması alətidir. Dövlət qulluqçusunun layiqli əməkhaqqı alması onun fəaliyyətində dürüstlüyü və qanunçuluğu ön plana çıxarır”.

Dövlət

Ekspert həmçinin bildirdi ki, bu dəyişikliklər dövlət xidmətlərinin keyfiyyətini birbaşa artıracaq:

“Əməkhaqqı fondunun formalaşdırılmasında yeni mexanizmlərin tətbiqi, performansa əsaslanan ödəniş sisteminə keçid üçün münbit zəmin hazırlayır. Hesab edirəm ki, bu dəyişikliklər yaxın gələcəkdə vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətində, eləcə də dövlət orqanlarının funksional fəaliyyətinin optimallaşdırılmasında özünü qabarıq şəkildə büruzə verəcəkdir. Bu islahatlar bir daha təsdiq edir ki, Azərbaycanda dövlət quruculuğu prosesi müasir dövrün çağırışlarına uyğun olaraq dinamik şəkildə təkmilləşdirilir”.

Turan
NOCOMMENT.az 

Избранный
66
nocomment.az

1Источники