RU

“PAŞA Holding” Novruz və Ramazan Bayramları münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır (FOTO)

Bakı. Trend:

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətənəmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinəNovruz və Ramazan Bayramları münasibəti ilə bayram sovqatlarıçatdırıb.

2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük VətənMüharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olanövladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqramçərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, RamazanBayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞAHolding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayramsovqatları təqdim olunur.

Novruz və Ramazan Bayramları münasibəti ilə təqdim edilənsovqatlar mart ayının əvvəlindən “Bravo” supermarketlər şəbəkəsitərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinindəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayramsovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirlərizamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırdalayihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabrtəxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərinümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatəedir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələridaxildir.

“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
Məqalədə:
Избранный
48
1
az.trend.az

2Источники