RU

Bakıda Novruz bayramı coşqu ilə qeyd olundu – paytaxtdan rəngarəng görüntülər

Azərbaycanda baharın gəlişinin müjdəçisi olan Novruz bayramı paytaxt Bakı şəhərində böyük coşqu və xüsusi təntənə ilə qeyd edilib. Şəhərin müxtəlif ərazilərində bayram ab-havasını əks etdirən rəngarəng görüntülər lentə alınıb.

Bayram münasibətilə küçələr bəzədilib, park və meydanlarda tonqallar qalanıb, insanlar milli musiqi sədaları altında rəqs edərək Novruz sevincini bölüşüblər. Xüsusilə İçərişəhər və Dənizkənarı Milli Park ərazisində təşkil olunan tədbirlər sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Səməni, paxlava, şəkərbura kimi Novruzun rəmzi şirniyyatları süfrələri bəzəyib, milli adət-ənənələr bir daha yaşadılıb. Bayram günlərində uşaqların və gənclərin şən əhval-ruhiyyəsi şəhərə xüsusi rəng qatıb.

Qeyd edək ki, Novruz bayramı xalqımızın qədim ənənələrini özündə yaşadan və birlik, həmrəylik rəmzi kimi qeyd olunan ən əziz bayramlardan biridir. Bakıda keçirilən bayram tədbirləri də bu ənənələrin yaşadıldığını bir daha nümayiş etdirib.

Избранный
40
1
yeniazerbaycan.com

2Источники