RU

Аktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq yekun mərhələyə daxil olur

Qazaxıstan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün bütün zəruri ekspert rəylərinin toplanmasını başa çatdırıb. Bu barədə Kazinform agentliyi məlumat yayıb.

Qazaxıstan Respublikası Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib ki, hazırda beynəlxalq komissiyanın iştirakı nəticələr yekunlaşdırılır.

Onun sözlərinə görə, avadanlıq istehsalçılarından, o cümlədən GPS-trekerlər, naviqasiya sistemləri üzrə mütəxəssislərdən, eləcə də təyyarənin istehsalçısı olan Embraer şirkətindən ekspertiza nəticələri əldə olunub.

O qeyd edib ki, bütün zəruri ekspert rəyləri artıq toplanıb və hazırda komissiya üzvləri ilə birlikdə nəticələrin razılaşdırılması və yekunlaşdırılması mərhələsi aparılır.

Bozumbayev əlavə edib ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri, həmçinin istehsalçı şirkətin mütəxəssisləri və beynəlxalq aviasiya təşkilatlarının ekspertləri daxildir. Beynəlxalq standartlara uyğun olaraq, istintaqın texniki hissəsi üzrə yekun nəticələrin yaxın aylarda təqdim olunması planlaşdırılır.

Избранный
128
5
aznews.az

7Источники