RU

Məşhur müğənni arıqlama yalanlarını ifşa etdi

Türkiyəli məşhur müğənni Demet Akalın sosial mediada sürətlə yayılan arıqlama üsulları ilə bağlı paylaşımlara sərt reaksiya verib.

NOCOMMENT.az-ın xəbərinə görə, ifaçı bildirib ki, bəzi tanınmış şəxslərin “gündə bir dəfə yeməklə arıqladım” və ya “klinikada aparatlarla çəki atdım” kimi iddiaları həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, bu cür açıqlamalar insanları aldatmağa yönəlib.

Demet Akalın açıq şəkildə etiraf edib ki, məşhurların böyük əksəriyyəti arıqlamaq üçün inyeksiya üsullarına müraciət edir.

“Bu iynələrin əsas məqsədi iştahanı azaltmaqdır. Yəni insanı az yeməyə məcbur edir. Mən də istifadə etmişəm, bunu gizlətmirəm. Amma çıxıb fərqli şeylər deyənlər doğru danışmır”, – deyə o vurğulayıb.

Müğənni izləyicilərinə çağırış edərək sosial mediada gördükləri hər məsləhətə inanmağa tələsməməyi tövsiyə edib. Onun sözlərinə görə, sağlamlıqla bağlı məsələlərdə yalnız mütəxəssislərin rəyinə güvənmək lazımdır.

Избранный
57
nocomment.az

1Источники