RU

Körfəz ölkələrinə raket hücumu - BƏƏ hava müdafiəsini işə saldı

Bir neçə Körfəz ölkəsi, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı və Bəhreyn raket və dron hücumları barədə məlumat verib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi İran tərəfindən yeni hücumlar olduğunu elan edib və vətəndaşları hava müdafiə sistemlərinin işə salınması barədə xəbərdar edib.

Küveyt də partlayış səsləri barədə xəbərdarlıq edib və vətəndaşları hakimiyyətin təhlükəsizlik göstərişlərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

Избранный
45
4
manset.az

10Источники