Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Keçən il bütün dünyada viral olan "Labubu" oyuncaqlarının filmi çəkilir. Bizim.Media "Ntv" yə istinadən xəbər verir ki, hazırlıqları davam edən filmlə bağlı ilk detallar açıqlanıb.
"Pop Mart" tərəfindən satışa çıxarılan bu oyuncaqların film hüquqlarını alan "Sony" "Labubu"-nun “live-action” (real aktyorlarla çəkilən) film versiyasının hazırlanmaqda olduğunu rəsmi şəkildə açıqlayıb.
Layihə “The Monsters” qlobal sərgi turunun 10 illiyi münasibətilə Parisdə keçirilən tədbirdə elan olunub.“Wonka” və “Paddington” filmləri ilə tanınan Paul King "Labubu" filminə rejissorluq edəcək. Ssenarini isə Steven Levenson ilə birlikdə yazacaq. Oyuncaqların yaradıcısı Kasing Lung da layihənin prodüserlərindən biri olacaq.Hazırda üzərində iş gedən və böyük maraqla gözlənilən filmin aktyor heyəti, süjeti və nümayiş tarixi ilə bağlı detallar isə hələ açıqlanmayıb.Qeyd edək ki, "Labubu" fiqurları ilk dəfə 2015-ci ildə Kasing Lung tərəfindən Skandinaviya mifologiyasından ilhamlanaraq “The Monsters” hekayə seriyası üçün yaradılıb. Daha sonra bu fiqurlar Pop Mart tərəfindən yumşaq oyuncaqlara çevrilib.2019-cu ildə satışa çıxarıldıqda diqqət çəkən bu oyuncaqlar 2024-cü ildə "Blackpink" musiqi qrupunun üzvü Lisanın Labubu oyuncağı ilə görüntülənməsindən sonra daha da populyarlaşdı. Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.