RU

Toy fotomu yüksək məbləğə satmışdılar

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müğənni Elnur Məmmədov şəxsi həyatı ilə bağlı ona sual ünvanlayan aparıcılardan şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günə bax" proqramında danışıb. O bildirib ki, hər kəsə bununla bağlı qadağa qoyub:

"Deyirdim ki, mənə iki sualı verməyin: ailəm, övladım, həyat yoldaşım haqda. Sevmirəm bunu işıqlandırmağı. Bir də sənət dostlarım haqda. İstədiyim vaxt istədiyim insandan danışaram. Hər şey o qədər düzgün qəbul edilmir ki... Xofludu insanlar. Deyirəm, filankəs niyə bu rəngi geyinmisən? Başlayır küsür. Gedirəm efirə, aparıcı soruşur ki, ailən necədir, xanımının adı nədir, uşağını görmək istəyirəm. Toyumdan sonra bir neçə quruma müraciət etdim. Kimsə toyda ekrandan foto çəkib, onu yüksək məbləğdə pula mediaya satmışdı.

Sonra sosial şəbəkə hesablarımı rəsmiləşdirmək istəyəndə, mənimlə bağlı xəbərlər lazım oldu. Sevmirəm geyindiyim geyimi, içdiyim çayı işıqlandırmağı. Amma bunlar lazım imiş".

Qeyd edək ki, E.Məmmədovun iki oğul övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
3
axsam.az

4Источники