Çempionlar Liqasında həftənin oyunçusu seçilib. Bu nominasiyada “Barselona”nın hücumçusu Rafinya qalib gəlib.
UEFA-nın yaydığı məlumata görə, 29 yaşlı braziliyalı futbolçu 1/8 finalın “Nyukasl”la cavab matçındakı (7:2) möhtəşəm çıxışı ilə bu ada layiq görülüb. İspaniyada keçirilən oyundə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Rafinya həmçinin meydanda 10,7 km məsafə qət edib.
O, UEFA-nın saytında keçirilən səsvermədə “Mançester Siti”yə 2 qol vuran Vinisius Junioru (Real), “Qalatasaray”la matçda qol müəllifi olan Dominik Soboslaini (Liverpul) və “Bude/Qlimt”lə oyunda 2 məhsuldar ötürmə verən Fransişko Trinkanı (Sportinq) qabaqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта