RU

İslahat dövlət qulluğunda əməkhaqqı sistemini daha şəffaf, ədalətli edəcək

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Əmək haqqı şəffaflığı istənilən cəmiyyətdə mübahisəli məsələdir, həm də az öyrənilmiş bir mövzudur. Yeni islahatlara və əmək haqqı şəffaflığına dair qavrayışlar haqqında anlayışımız məhdud olsa da güclü görünən, lakin əsassız fikirlərlə bulanıqlıq yaratmaq və hətta kənarda dayanmaq belə qəti yolverilməzdir. Hər bir kəs bilməlidir ki, yeni, müasir dövlət idarəçiliyinə keçid mərhələsindəyik, bu baxımdan yanaşmamızı da, baxışlarımızı da bir qədər dəyişməliyik.Əmək haqqı bərabərsizliyinin ciddi problemi ilə mübarizə aparmaq üçün qətiyyətli tədbirlərə ehtiyac duyulurdu. Cənab Prezident İlham Əliyevin son dərəcə həssas yanaşması nəticəsində dövlətimiz də istənilən addımları atır ki, xalqımız daha firəvan yaşasın. Təbii ki, hər şey birdən-birə baş verməyəcək. Çünki hər bir vətəndaşın özü də islahatlarda dəyişiklik agenti və ya tərəfi kimi çıxış edir. Atılan addımlar getdikcə daha çox qəbul ediləcək, təfəkkürə, ən önəmlisi yanaşma və əməllərə hopacaq. Qanunvericiliklə müəyyən edilmiş əmək haqqı nisbətlərinin tətbiqi də daxil olmaqla bu gün silsilə islahatların keçirildiyini görürük. Bu islahatların hər birinin nüvəsində cənab Prezident İlham Əliyevin vətəndaşyönümlü siyasəti dayanır. Əmək haqqı bərabərsizliyi aradan götürülür, əmək haqqı boşluqları aradan qaldırılır. Dövlətin gördüyü tədbirlər geniş ictimai dəstəklə müşayiət olunmalıdır. Çünki atılan bütün bunlar möhtərəm Prezidentimizin güclü tədbirlərinin uğurundan, həmçinin məsələləri həll etmək üçün ictimai öhdəliyində göstərdiyi həssaslığından xəbər verir. Qanunvericilik aktlarına bu müdaxilələrdə müxtəlif beynəlxalq və daxili presedentlər nəzərə alınıb, onların əksəriyyəti təkmilləşdirilərək tətbiq edilir, ya da tamamilə yenisinə üstünlük verilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər bir işdə olduğu kimi bu sahədə də aydın tənzimləmə nümayiş etdirir. Aparılan islahatlar maaşda qeyri-mütənasib gəlir fərqlərini azaldacaq, bərabər imkanlar təqdim edəcək. Peşəkar kadrların sosial müdafiəsi gücləndiriləcək. İslahat dövlət qulluğunda əməkhaqqı sistemini daha şəffaf, ədalətli edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники