RU

Qlobal bazarda qaz böhranı təhlükəsi Neft tədarükündən daha ağır nəticələr olacaq?

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Yaxın Şərqdə münaqişənin kəskinləşməsi nəticəsində mayeləşdirilmiş təbii qaz (LNG) çatışmazlığı dünya iqtisadiyyatı üçün neft tədarükündəki fasilələrdən daha ciddi problemə çevrilə bilər".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu "The Washington Post" qəzetinin aparıcı xarici siyasət icmalçısı Devid İqneyşes müəllif yazısında bildirib.

"Yaxın Şərqdə münaqişə yeni mərhələyə daxil olub. İsrail Cənubi Pars qaz yatağına zərbə endirdi. İran isə cavab olaraq Qətərin Ras-Laffandakı qaz mayeləşdirmə obyektlərinə hücum etdi. Belə görünür ki, qaz çatışmazlığı dünya iqtisadiyyatı üçün neftlə bağlı problemlərdən də daha ciddi ola bilər", - deyə İqneyşes vurğulayıb.

Qeyd olunur ki, Qətər dünya üzrə mayeləşdirilmiş təbii qazın təxminən 20%-ni təmin edir. Spot qiymətlər isə bu ay təxminən iki dəfə artıb.

"Ekspertlərin mənə təqdim etdiyi məlumatlara görə, Fars körfəzi ölkələri boru kəmərləri vasitəsilə gündə ən azı 7 milyon barel neft ixrac edə bilərlər. Qətər qazı üçün belə alternativ yol mövcud deyil", - deyə mütəxəssis bildirib.

Siyasi icmalçının fikrincə, ABŞ üçün bu münaqişəni dayandırmaq onu başlamaqdan qat-qat çətin olacaq:

"Qələbə elan edib getmək regionun təhlükəli xaosda qalması demək olardı. ABŞ və İsrailin İran hökumətini devirmə ehtimalı azdır. İranın Xarq adasındakı neft infrastrukturunun ələ keçirilməsi cəhdi yalnız enerjidaşıyıcıları bazarlarında böhranın dərinləşməsinə gətirib çıxaracaq".

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
111
oxu.az

1Источники