Goranboyda Novruz bayramı ərəfəsində şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı şəhidlərimizin azyaşlı övladları ilə Goranboy rayonu Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak etdi.
İcra başçısı şəhid övladlarını Xalqımızın qədim bayramı Novruz münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətarlıqlarını ifadə etdilər.
Tədbirdə rayon Mədəniyyət Evinin təqdimatında musiqi proqramı nümayiş etdirildi, Novruzun əsas personajları Kosa və Keçəlin iştirakı ilə uşaqlar rəqs etdilər, sonda xatirə şəkli çəkdirildi