RU

SEPAH müxalifət kanallarına üzv olan vətəndaşlarına xəbərdarlıq etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müxalifət hərəkatları ilə əlaqədə şübhəli bilinən İran vətəndaşlarına xəbərdarlıq mesajları göndərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat verib.

Vətəndaşlara müxalifət "Telegram" kanallarına üzvlüklərinin və fəaliyyətlərinin nəzarət altında olduğu bildirilib və onlara qrupları tərk etməsələr, qanuni tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib. SEPAH-ın kəşfiyyat xidmətindən olan mənbə müxalifət kanallarının İsrail tərəfindən idarə olunduğunu vurğulayıb. Hansı "Telegram" kanallarından söhbət getdiyi barədə heç bir detal açıqlanmayıb.

Qeyd edək ki, martın 17-də İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei İsrail və ABŞ ilə əməkdaşlıqda, eləcə də onlara casusluq etməkdə ittiham olunanların ölüm cəzası alacağını və ya dövlətin xeyrinə əmlakının tamamilə müsadirə olunacağını açıqlayıb. İran polis rəisi general Rza Radan isə fevralın 28-dən martın 15-nə qədər olan müddətdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfərin saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb./Oxu.az


Telegram kanalımız
Избранный
29
2
yenisabah.az

3Источники